Çində yeni koronavirusa qarşı 8 dərman vasitəsi hazırlanıb

Çində yeni koronavirusa qarşı 8 dərman vasitəsi hazırlanıb Çində indiyədək COVID-19 virusunun müalicəsi üçün 8 peyvənd dərmanı hazırlanıb.
Digər ölkələr
17 Mart , 2020 15:00
Çində yeni koronavirusa qarşı 8 dərman vasitəsi hazırlanıb

Çində indiyədək COVID-19 virusunun müalicəsi üçün 8 peyvənd dərmanı hazırlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Tibbi Elmlər Akademiyası Laboratoriya Heyvanları İnstitutunun əməkdaşı brifinqdə bildirib.

Geni dəyişdirilmiş siçan və makaklar üzərində aparılan sınaqlar nəticəsində həmin dərmanlardan bəzilərinin səmərəli olduğunun artıq sübuta yetirildiyi qeyd olunub.

Brifinq zamanı ölkənin Təhsil Nazirliyinin Elm və texnologiya departamentinin direktoru Lei Çaoci ali məktəblərdə hazırlanan dərmanların tezliklə klinik sınaqlarına başlayacağının gözlənildiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi