Çində taksi sürücüsü hərəkətdə olan maşının sükanı arxasında yatıb - VİDEO

Çində taksi sürücüsü hərəkətdə olan maşının sükanı arxasında yatıb - VİDEO Bakı. 4 avqust. REPORT.AZ/ Çinin Şençjen şəhərində taksi sürücüsü hərəkətdə olan avtomobilin sükanı arxasında bir dəqiqəyə yaxın yatıb.
Digər ölkələr
4 Avqust , 2018 07:08
Çində taksi sürücüsü hərəkətdə olan maşının sükanı arxasında yatıb - VİDEO

Bakı. 4 avqust. REPORT.AZ/ Çinin Şençjen şəhərində taksi sürücüsü hərəkətdə olan avtomobilin sükanı arxasında bir dəqiqəyə yaxın yatıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, sürücü maşın yoldan çıxaraq maneəyə dəydikdən sonra yuxudan ayılıb.

Hadisə sürücü gecə növbəsini başa vuran zaman baş verib. O, işdən çıxarılıb. Ehtimal ki, sürücü həddindən artıq yorulduğu üçün sükan arxasında yuxulayıb. Xoşbəxtlikdən səhər yollar boş olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi