Çində mədən qəzasında ölənlərin sayı səkkizə çatdı

Çində mədən qəzasında ölənlərin sayı səkkizə çatdı Qəzanın aprelin 9-u Pekin vaxtı ilə saat 08:50 radələrində qeydə alındığı bildirilib
Digər ölkələr
13 Aprel , 2021 17:13
Çində mədən qəzasında ölənlərin sayı səkkizə çatdı
0 : 00
0 : 00

Çinin Quyjou əyalətində yerləşən kömür mədənində qaz partlayışı nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Hazırda axtarış-xilasetmə işləri başa çatıb, 8 nəfərin meyiti aşkarlanıb. Hadisə ilə bağlı istintaq davam edir.

Qəzanın aprelin 9-u Pekin vaxtı ilə saat 08:50 radələrində qeydə alındığı bildirilib.

Son xəbərlər

Orphus sistemi