Çində koronavirusdan ölənlərin sayı 2 400 nəfəri ötdü - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı 2 400 nəfəri ötdü - YENİLƏNİB Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.
Digər ölkələr
644
23 Fevral , 2020 06:24
Çində koronavirusdan ölənlərin sayı 2 400 nəfəri ötdü - YENİLƏNİB

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 442 nəfərə çatıb. Bir gün ərzində virusdan 97 ölüm hadisəsi baş verib. Ötən gün ölkə üzrə isə ümumilikdə 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

Komitə qeyd edib ki, hazırda ölkədə 76 936 insan virusun daşıyıcısıdır. Gün ərzində daha 648 nəfər virusa yoluxub. 


03:50***

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Əyalətdə yeni virusdan ölənlərin sayı 2 346 nəfərə, yoluxanların sayı 64 084 nəfərə yüksəlib.

Gün ərzində 630 yeni yoluxma halı qeydə alınıb. Xəstəxanalarda 40 127 nəfər müalicə olunur ki, onlardan 8 853 nəfərinin vəziyyəti ağır, 1 845 nəfərin isə kritikdir.

Məlumata görə, daha 1 742 nəfər virusdan sağalaraq evə buraxılıb. Yeni növ koronavirusun (COVID-19) yayıldığı ilk gündən əyalətdə 15 299 nəfər müalicə olunub. 

Son xəbərlər

Orphus sistemi