Çində ilk dəfə insanın yeni növ quş qripi ilə yoluxma halı qeydə alınıb
Digər ölkələr
- 15 fevral, 2018
- 05:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 fevral. REPORT.AZ/ Çində ilk dəfə insanın yeni növ quş qripi - H7N4 ilə yoluxması halı qeydə alınıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə və Ailə Planlaması Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, H7N4 virusuna yoluxan ilk şəxs Tszyansu vilayətinin Çançjou rayonunun Liyan mahalında yaşayan 68 yaşlı qadındır.
O, 2017-ci il dekabr ayının sonlarında canlı quşla təmasda olub. Bundan sonra qadında soyuqdəyməyə bənzər simptomlar yaranıb. Çinli qadın xəstəxanaya yerləşdirilərkən ona ağır pnevmoniya diaqnozu qoyulub.
Epidemioloqlar yoluxmuş xəstə ilə təmasda olan 28 nəfəri müayinə edib, lakin onların heç birində yoluxma aşkarlanmayıb.
Son xəbərlər
12:53
SEPAH: Hörmüz boğazında minaya düşdükdən sonra iki tankerdə yanğın baş verib
Digər ölkələr
12:52
Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb
Maliyyə
12:51
Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı
Media
12:47
Papoyan: Ermənistan Aİİ-yə qoşulduqdan sonra Rusiya ilə ticarət kəsiri 2 milyard dollara qədər artıb
Region
12:47
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Daxili siyasət
12:47
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
Biznes
12:46
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
İnfrastruktur
12:44
Zelenski onlayn prezident seçkilərinin keçirilməsini mümkün hesab edib
Digər ölkələr
12:41
Foto
Gürcüstan nümayəndə heyəti MMU-nun xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib
Hərbi