Yuxarı
    Bağlamaq

    Çində 6 dövlət qulluqçusu məmur tənbəlliyinə qarşı keçirilən tədbirdə yatdığına görə cəzalandırılıb

    Kommunist Partiyasının İntizam Bürosu məmurları özləri barəsində tənqidi bildiriş yazmağa və hamıdan üzr istəməyə məcbur edib

    Bakı. 10 fevral. REPORT.AZ/ Çində Hubei əyalətinin 6 məmuru tənbəl dövlət işçilərinin həvəsləndirilməsi üzrə tədbirdə mürgülədikləri üçün cəzalandırılıblar.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının sədri Si Tszinpin ölkədə korrupsiya, israfçılıq və xidməti vəzifənin yerinə yetirilməməsinə qarşı ciddi mübarizəsi fonunda yatmış məmurların şəkilləri ölkə mediasında geniş işıqlandırılıb.

    Kommunist Partiyasının İntizam Bürosu məmurları özləri barəsində tənqidi bildiriş yazamağa və ictimai şəkildə hamıdan üzr istəməyə məcbur edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi