Çin Yaponiya və Cənubi Koreyaya yüksək səviyyəli görüş keçirməyi təklif edib
- 23 iyul, 2023
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin Yaponiya və Koreya Respublikası ilə yüksək səviyyəli üçtərəfli görüş keçirməyi təklif edib.
“Report” xəbər verir ki, bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, müvafiq təkliflə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin (ÇK) Xarici Əlaqələr Komissiyasının aparat rəhbəri Van İ çıxış edib.
Agentliyin məlumatına görə, tərəflər nazir müavinləri səviyyəsində danışıqlar təşkil edə və iqtisadi əməkdaşlığı, eləcə də ekoloji məsələləri, o cümlədən Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasından radiasiyadan təmizlənmiş suyun okeana axıdılmasını müzakirə edə bilərlər.
Yaponiyanın fikrincə, məsləhətləşmələrin müsbət nəticələri olacağı təqdirdə üç ölkənin xarici işlər nazirlərinin görüşünün, daha sonra isə rəhbərlik nümayəndələrinin görüşünün keçirilməsi barədə düşünmək olar.
Sonuncu dəfə bu səviyyədə təmaslar 2019-cu ildə keçirilib.