Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb

Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb Çin Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb.
Digər ölkələr
30 may 2024 17:08
Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb

Çin Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Rabitə peyki Sıçuan əyalətinin cənub-qərbindəki "Xichang" buraxılış mərkəzindən “Long March-3B” daşıyıcı raketindən istifadə etməklə orbitə çıxarılıb”, - məlumatda bildirilir.

Buraxılış "Long March" reaktiv daşıyıcıları üçün 524-cü olub.

Pakistanın çoxməqsədli rabitə peyki Çin Kosmik Elm və Texnologiya Akademiyası tərəfindən hazırlanıb.

Son xəbərlər

Orphus sistemi