Çin - Myanma təbii qaz kəmərində partlayış olub: 8 nəfər ölüb, 35 nəfər yaralanıb

Çin - Myanma təbii qaz kəmərində partlayış olub: 8 nəfər ölüb, 35 nəfər yaralanıb Kəmərin operatoru “PetroChina” şirkətidir
Digər ölkələr
3 İyul , 2017 16:09
Çin - Myanma təbii qaz kəmərində partlayış olub: 8 nəfər ölüb, 35 nəfər yaralanıb

Bakı. 3 iyul. REPORT.AZ/ Çin - Myanma təbii qaz kəmərinin Çinin cənub-qərbində Quyçjou əyaləti hissəsindəki partlayış nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

“Report” "Sinxua"ya istinadən xəbər verir ki, qəzaya səbəb kimi bölgədə aramsız yağışların yağması göstərilir. Yağışlar üzündən təbii qaz kəmərinin qrunt hissəsi zədələnib, həmin yerdən sızmalar nəticəsində partlayış baş verib.

Yaralananların 4-nün vəziyyətinin çox ağır olduğu bildirilir.

Kəmərin operatoru “PetroChina” şirkətidir.

Son xəbərlər

Orphus sistemi