Çin: Krımın statusu danışıqlar yolu ilə müəyyən edilməlidir

Çin: Krımın statusu danışıqlar yolu ilə müəyyən edilməlidir "Ukrayna böhranı dünyadakı geosiyasi vəziyyəti mürəkkəbləşdirib"
Digər ölkələr
15 Mart , 2015 18:43
Çin: Krımın statusu danışıqlar yolu ilə müəyyən edilməlidir

Bakı. 15 mart. REPORT.AZ/ Çin Xalq Respublikası Dövlət Şurasınlın sədri Li Kegianq bəyan edib ki, onun ölkəsi Ukraynanın suverenliyi və ərizi bütövlüyünü dəstəkləyir və Krım məsələsi dialoq və danışıqlarla həll olunmalıdır.

"Report" BBC-yə istnadən xəbər verir kir, Xalq nümayəndələrinin Ümumçin toplanışının ardınca keçirilən mətbuat konfransında Li deyib ki, Ukrayna böhranı dünyadakı geosiyasi vəziyyəti mürəkkəbləşdirib və dünya iqtisadiyyatının bərpası prosesinə mənfi təsir göstərib.

“Biz hələ də ümid edirik ki, bu problem dialoq, danışıq və məşvərət vasitəsilə həll oluna bilər” – deyib sədr. “Krım məsələsinə gəlincə isə, onun yaranması səbəbləri mürəkkəbdir. Biz ümid edirik ki, bu problemin siyasi həlli dialoq yolu ilə tapıla vıə qonşular sülh şəraitində yaşaya bilərlər”.

Son xəbərlər

Orphus sistemi