Çin hökuməti ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər

Çin hökuməti ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər Bu məsələ Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq
Digər ölkələr
3 Mart , 2018 18:00
Çin hökuməti ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər

Bakı. 3 mart. REPORT.AZ/ Çin hökuməti çinli ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təklifi Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy irəli sürüb.

Məsələ bu ilin mart ayında Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq.

"İki uşaqla bağlı qanundan gözləntilərlə real effekt arasında böyük fərq var. O, əhali sayının sürətlə artmasına gətirib çıxarmayıb, əksinə, doğum səviyyəsinin azalmasına səbəb olub", - Ç.Leyuy bildirib.

Çinin Dövlət Statistika Bürosunun məlumatına görə, 2017-ci ildə Çində 17,23 milyon uşaq dünyaya gəlib. Bu, 2016-cı illə müqayisədə 630 min uşaq azdır.

"Çin üçün vacib olan məsələ yeni doğulanların sayını artırmaq məqsədilə ailə planlaşdırması siyasətinin yenidən nəzərdən keçirilməsidir", - Ç.Leyuy vurğulayıb.

Son xəbərlər

Orphus sistemi