Bu həftə ərzində Filippinə məxsus iki təchizat gəmisi icazəsiz olaraq Nanşa adalarının ərazi sularına daxil olub, bununla bağlı Çin sahil mühafizəsi lazımi addımlar atıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician ənənəvi brifinqdə bildirib.
Bundan əvvəl Çin sahil mühafizəsinin gəmiləri Cənubi Çin dənizində Filippin hərbçilərinə ərzaq daşıyan iki qayığı mühasirəyə alaraq onlara qarşı su şırnaqları tətbiq edib. Bununla bağlı Filippinin xarici işlər naziri Teodoro Loksin Çin tərəfinə etiraz bildirib.
Qeyd edək ki, uzun illərdir Cənubi Çin dənizində yerləşən və mühüm karbohidrogen yataqlarının aşkarlandığı bir sıra ada əraziləri ilə bağlı Çin ilə qonşu Filippin, Vyetnam, Bruney və Malayziya arasında mübahisə gedir.