Çin alimləri: Asiyada yeni zəlzələ təhlükəsi var

Çin alimləri: Asiyada yeni zəlzələ təhlükəsi var Çin alimləri Myanmadakı zəlzələdən qısa müddət əvvəl Çində və qonşu bölgələrdə güclü zəlzələ riskinin artdığını ifadə edən araşdırma yayımlayıblar.
Digər ölkələr
7 aprel 2025 04:08
Çin alimləri: Asiyada yeni zəlzələ təhlükəsi var

Çin alimləri Myanmadakı zəlzələdən qısa müddət əvvəl Çində və qonşu bölgələrdə güclü zəlzələ riskinin artdığını ifadə edən araşdırma yayımlayıblar.

“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Məqalə martın 20-də “Journal of Geodesy and Geodynamics” elmi jurnalında dərc edilib. Tədqiqat çərçivəsində Pekin Seysmoloji Agentliyinin baş mühəndisi Çju Xunbinin rəhbərlik etdiyi qrup 1879-cu ildən bu günə qədər Çindən və Asiyanın digər bölgələrindən gələn seysmik məlumatları təhlil edib.

Alimlər bu ərazilərdə yüksək seysmik aktivliyin altı dövrünü müəyyən ediblər və Asiya indi yeni oxşar dövrə qədəm qoya bilər.

"Seysmoloqlar Myanmada martın 28-də baş verən zəlzələnin sonuncu belə hadisə olmayacağını proqnozlaşdırıblar. Onların araşdırmaları göstərir ki, hazırda Çində və qonşu regionlarda fəlakətli zəlzələ riski artıb", - məqalədə deyilir.

Orphus sistemi