Çin ABŞ rəsmələrinə sanksiya tətbiq edib

Çin ABŞ rəsmələrinə sanksiya tətbiq edib Bu ilin iyul ayında Çin hakimiyyəti ABŞ-ı “Honkonqun muxtariyyatı haqqında” qanunu qəbul etdiyi üçün  qınamışdı.
Digər ölkələr
375
30 Noyabr , 2020 13:12
Çin ABŞ rəsmələrinə sanksiya tətbiq edib

Çin ABŞ-ın dörd rəsmisinə qarşı sanksiya tətbiq edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib.

Həmin şəxslərə Çinin materik hissəsinə, o cümlədən Honkonq və Makao bölgələrinə səfəri qadağan edilib.

Rəsmi Pekin hesab edir ki, ABŞ Honkonqla əlaqələr qurmaqla beynəlxalq hüququ kobud şəkildə pozur və Çinin daxili işlərinə qarışır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert OBrayen Çini Honkonqun 4 deputatının qanunverici orqandan uzaqlaşdırdığı üçün sanksiya ilə hədələyib. Bu ilin iyul ayında Çin hakimiyyəti ABŞ-ı “Honkonqun muxtariyyatı haqqında” qanunu qəbul etdiyi üçün qınamışdı.

Son xəbərlər

Orphus sistemi