Çin ABŞ-nin iki ölkənin müdafiə nazirlərinin görüşü ilə bağlı sorğusunu rədd edib

Çin ABŞ-nin iki ölkənin müdafiə nazirlərinin görüşü ilə bağlı sorğusunu rədd edib Pekin Laosda Asiya ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində Çinin müdafiə naziri Dun Szün ilə Pentaqon rəhbəri Lloyd Ostinin danışıqlarının təşkili ilə bağlı ABŞ-nin sorğusunu rədd edib.
Digər ölkələr
19 Noyabr , 2024 22:49
Çin ABŞ-nin iki ölkənin müdafiə nazirlərinin görüşü ilə bağlı sorğusunu rədd edib

Pekin Laosda Asiya ölkələrinin müdafiə nazirlərinin görüşü çərçivəsində Çinin müdafiə naziri Dun Szün ilə Pentaqon rəhbəri Lloyd Ostinin danışıqlarının təşkili ilə bağlı ABŞ-nin sorğusunu rədd edib.

“Report” “Defense News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyində yüksəkvəzifəli mənbə bildirib.

O, Laos sammiti ərəfəsində jurnalistlərə bildirib ki, Pentaqon belə bir görüş təklif etsə də, Çin ABŞ-nin Tayvana silah satışına istinad edərək imtina edib. Məmurun fikrincə, imtinanın əsl səbəbi ABŞ-nin Çin şirkətlərinə qarşı sanksiyaları, ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfəri və 2023-cü ilin fevralında ABŞ hava məkanında Çin aerostatının aşkarlanmasıdır.

Mənbə qeyd edib ki, bu imtinanın ABŞ və ÇXR hərbiçiləri arasında dialoqun yenidən dayandırılmasının siqnalı olub-olmadığı bəlli deyil.

Xatırladaq ki, iki ölkə arasında hərbi xətt üzrə əlaqələr 2023-cü ilin fevralında ABŞ-nin öz ərazisi üzərində Çin aerostatını vurmasından sonra kəsilmişdi. Əlaqələr 2023-cü ilin noyabrında ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə keçirilmiş sammitdən sonra bərpa olunmuşdu.

Son xəbərlər

Orphus sistemi