Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb Hazırda ölkə ərazisində 119 yanğın ocağı var
Digər ölkələr
28 Yanvar , 2017 08:38
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Çilinin mərkəzi rayonlarında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü yerli hökumət məlumat yayıb.

Hazırda Çili ərazisində 119 yanğın ocağı qeydə alınıb. Yanğından zərər çəkən meşə zolağının ümumi sahəsi isə 360 hektardan çoxdur. Alovun yayılmasında şübhəli bilinən 5 nəfər saxlanılıb. Onlara qarşı hansı ittihamın irəli sürüldüyü bildirilmir.

Son xəbərlər

Orphus sistemi