Yuxarı
    Bağlamaq

    ​Almaniyada "Charlie Hebdo"nun karikaturalarını dərc edən qəzetin redaksiyası yandırılıb

    İnsident nəticəsində xəsarət alan olmayıb

    Bakı. 11 yanvar. REPORT.AZ/ Almaniyada naməlum şəxslər əvvəllər "Charlie Hebdo" jurnalının karikaturalarını dərc edən "Hamburger Morgenpost" qəzetinin redaksiyasını yandırıblar.

    "Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

    Nəşrin saytında bildirilir ki, hücum bazar günü təqribən gecə saat 2 radələrində olub. İnsident nəticəsində xəsarət alan olmayıb. Polis redaksiya yaxınlığında iki şübhəli gənci saxlayıb. Hazırda araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi