"Charlie Hebdo" ABŞ-da baş verən daşqınları məsxərəyə qoyub

"Charlie Hebdo" ABŞ-da baş verən daşqınları məsxərəyə qoyub Növbəti sayın üz qabığında sel suları altında qalan neonasistlər təsvir edilib
Digər ölkələr
29 Avqust , 2017 23:27
Charlie Hebdo ABŞ-da baş verən daşqınları məsxərəyə qoyub

Bakı. 29 avqust. REPORT.AZ/ Fransada dərc olunan "Charlie Hebdo" həftəlik satirik jurnalı ABŞ-ın Texas ştatında qasırğa nəticəsində baş verən daşqınları məsxərəyə qoyub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, redaksiya çərşənbə günü işıq üzü görəcək növbəti sayının üz qabığında sel sularının yuyub apardığı etirazçı neonasistlərin təsvirini yerləşdirib.

Bu təsvir nəşrin "Facebook" sosial şəbəkəsindəkı əkkauntuna yerləşdirilib.

Yeni sayın ilk karikaturasında III Reyxin 8 bayrağı təsvir olunub. Onları tutan insanlar suyun altında qalıb və yalnız əlləri, birinin isə ayağı görünür.

Son xəbərlər

Orphus sistemi