İstefada olan general Çexiyanın yeni prezidenti seçilib - YENİLƏNİB

İstefada olan general Çexiyanın yeni prezidenti seçilib - YENİLƏNİB Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin 5,88%-nin səslərinin hesablanmasından sonra NATO Hərbi Komitəsinin istefada olan generalı Pyotr Pavel 53%-lə liderlik edir.
Digər ölkələr
28 Yanvar , 2023 18:39
İstefada olan general Çexiyanın yeni prezidenti seçilib - YENİLƏNİB

İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Pyotr Pavel Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

"Report" xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.

Yaxın vaxtlarda Çexiyanın yeni seçilmiş prezidentinin Praqada mətbuat konfransı gözlənilir.

Çexiyanın Baş naziri Petr Fiala ölkədə keçirilən prezident seçkilərində Pavelin qələbəsini təsdiqləyib.

18:13

Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin 5,88%-nin səslərinin hesablanmasından sonra NATO Hərbi Komitəsinin istefada olan generalı Pyotr Pavel 53%-lə liderlik edir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb.

Onun rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babiş seçicilərin 46,98%-nin səsini qazanıb. Seçkinin qalibi bu axşam məlum olacaq.

Çexiyalı politoloqlar və sosioloqlar səslərin Babişin xeyrinə hesablanması prosesində prezidentlik yarışında vəziyyətin çətin ki, dəyişəcəyini proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi