Çexiyada minlərlə insan baş nazirin istefası tələbi ilə aksiya keçirib
Digər ölkələr
- 16 noyabr, 2018
- 01:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqanın mərkəzindəki "Vaçlavskoy" meydanında iki mindən çox insan baş nazir Andrey Babişin istefası tələbi ilə kütləvi aksiyada iştirak edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, mitinqin təşkilatçısı, AUVA ictimai qrupunun üzvü Veronika Şevçikova insanları kütləvi aksiyada iştiraka çağırıb.
O, qeyd edib ki, ölkə sakinləri hazırda istintaq altında olan hökumət rəhbərinə "yox" deməlidir. Mitinqin təşkilatçısı dəfələrlə baş nazirin yalanlarının üstünün açıldığını iddia edib.
Qeyd edək ki, polis hazırda Babişi maliyyə cinayətində iştirakı şübhəsi ilə təhqiqat aparır. Ölkə Senatı da baş naziri maliyyə qalmaqalına görə istefaya çağırıb.
Son xəbərlər
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika