Bakı. 31 yanvar. REPORT.AZ/ Naməlum hakerlər Çexiya Xarici İşlər Nazirliyinin serverini sındıraraq qurumun onlarla əməkdaşının elektron poçtlarına çıxış əldə ediblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Çexiya XİN-dən məlumat veriblər.
XİN başçısı Lyubomir Zaoralekin sözlərinə görə, sındırılmanın xarakteri ABŞ-da seçki kampaniyası zamanı Demokratlar Partiyasının serverlərinə edilən kiberhücumla oxşardır.
L.Zaoralek ekspertlərin hakerlərin böyük ehtimalla ölkə xaricindən fəaliyyət göstərdiyi qənatinə gəldiyini də əlavə edib. Amma o, kiberhücumun ola biləcəyi ölkənin adını çəkməyib.
Nazir hakerlərin hansısa məxfi məlumatlara çıxış əldə edə bilmədiyini vurğulayıb.