Cənubi Koreyada qəzaya uğrayan təyyarənin göyərtəsində olan dörd nəfərin meyiti tapılıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 29 may, 2025
  • 14:28
Cənubi Koreyada qəzaya uğrayan təyyarənin göyərtəsində olan dörd nəfərin meyiti tapılıb - YENİLƏNİB-2

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin qəzaya uğramış təyyarəsində olan dörd nəfərin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadən bildirib.

Təyyarə Phohan şəhərində dağlarda qəzaya uğrayıb.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri patrul təyyarəsinin qəzasını araşdırır və “Lockheed P-3 Orion” tipli səkkiz patrul təyyarəsinin uçuşunu dayandırıb.

11:27

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin qəzaya uğramış “P-3 Orion” patrul təyyarəsinin göyərtəsində olan iki nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.

Təyyarədə ümumilikdə dörd nəfər olub. Hazırda müvafiq xidmət orqanları iki meyiti aşkar edə biliblər.

09:21

Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağa çırpılıb", - agentlik bildirib.

Təyyarədə olan dörd nəfərin taleyi barədə heç nə məlum deyil.

Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti