Cənubi Koreyada intensiv yağışlar 39 nəfərin həyatına son qoyub

Digər ölkələr
  • 17 iyul, 2023
  • 05:57
Cənubi Koreyada intensiv yağışlar 39 nəfərin həyatına son qoyub

Cənubi Koreyada sel və torpaq sürüşməsinə səbəb olan intensiv yağışlar 39 nəfərin həyatına son qoyub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə yerli "Renhap" agentliyi məlumat yayıb.

Daha 9 nəfərin itkin düşdüyü, 34 nəfərin isə xəsarət aldığı bildirilir.

Ölkə üzrə 10 570 nəfər təxliyə edilib.

Hidrometeoroloqlar Çunçon və cənub rayonlarında 200 mm-dək, ölkənin qalan hissəsində isə 10 mm-dən 100 mm-dək yağıntı olacağını proqnozlaşdırırlar.