Cənubi Koreyada bir ailənin doqquz üzvü təyyarə qəzasında həlak olub

Cənubi Koreyada bir ailənin doqquz üzvü təyyarə qəzasında həlak olub Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan “Jeju Air” aviaşirkətinə məxsus təyyarədə bir ailənin doqquz üzvü olub.
Digər ölkələr
29 Dekabr , 2024 17:39
Cənubi Koreyada bir ailənin doqquz üzvü təyyarə qəzasında həlak olub

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan “Jeju Air” aviaşirkətinə məxsus təyyarədə bir ailənin doqquz üzvü olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Bankonq-Muan reysini yetirən yetirən təyyarədə 80 yaşlı yerli sakin olub. Onun yubileyi münasibətilə ailə Tailanda yollanıb. Doqquz nəfərin arasında onun özü, Yongvan qəzasında yaşayan nəslinin üç nümayəndəsi (oğulları və qızı) və başqa yerlərdə yaşayan beş qohumu olub.

Bildirilib ki, 80 yaşlı Cənubi Koreya vətəndaşı təyyarədə olan bütün sərnişinlər arasında ən yaşlısı olub. Hava gəmisində 175 sərnişin və 6 ekipaj üzvü olub. Son məlumatlara görə, 179 nəfərin ölümü təsdiqlənib, ekipajın 2 üzvü sağ qalıb.

Son xəbərlər

Orphus sistemi