Cənubi Koreya və KXDR 10 il ərzində ilk dəfə hərbi danışıqlara başlayıb
Digər ölkələr
- 14 iyun, 2018
- 07:06
Bakı. 14 iyun. REPORT.AZ/ Koreya Respublikası və Koreya Xalq Demokrtik Respublikası (KXDR) 10 il ərzində generallar səviyyəsində hərbi danışıqlara başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İki dövlət arasında hərbi gərginliyin azaldılması və müdafiə nazirləri səviyyəsində görüş hazırlamaq kimi məsələləri müzakirə etmək planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edək ki, Şimal və Cənub tərəfinin hərbi nümayəndələrinin görüşü Seuldan 60 km məsafədəki Phanmuncom sərhəd məntəqəsinin şimal tərəfində "Thonyilqak" pavilyonunda keçirilir. Cənubi Koreyanın nümayəndə heyətinə Müdafiə Nazirliyində Koreyalararası əlaqələrə nəzarət edən general-mayor Kim Do Qyun rəhbərlik edir.
Son xəbərlər
16:17
Ordubaddakı "Ərbabın iş yeri" adlı tarixi binanın bərpası ilin sonunadək tamamlanacaq
Mədəniyyət siyasəti16:16
Azərbaycan iqtisadi artımla bağlı proqnozunu pisləşdirib
Maliyyə16:12
"Liverpul" Almaniya millisinin yarımmüdafiəçisini transfer etmək niyyətindədir
Futbol16:11
Paşinyan: Azərbaycanla sülh hesabına ölkəmizin perspektivləri daha proqnozlaşdırıla bilən olub
Xarici siyasət16:10
Azərbaycanın 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
Maliyyə16:06
"Azər Türk Bank" yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
Maliyyə16:05
Ömüralıyev: Türk dünyası turizmdən hər il təxminən 77 milyard dollar gəlir əldə edir
Xarici siyasət16:03
Foto
Video
Bakının mərkəzində ev yanır - YENİLƏNİB
Hadisə16:02