Yuxarı

Cənubi Koreya və ABŞ son 6 ilin ən iri birgə hərbi təlimlərini keçirəcək

315 min hərbçinin iştirakı ilə keçirilən təlimlər aprelin 30-dək davam edəcək

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Cənubi Koreya ilə ABŞ son altı ilin ən iri birgə hərbi təlimlərinə başlayır.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, "Key Resolve" adlı təlimlərdə ümumilikdə Cənubi Koreyadan 300 min, ABŞ-dan isə 15 min hərbi qulluqçu iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Koreyanın təxribatlarına qarşı effektiv müdafiə strategiyasını formalaşdırmaqdır.

Təlimlər aprelin 30-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi