Cənubi Koreya polisi “Jeju Air” təyyarəsinin qəzasından sonra silsilə axtarışlar aparıb

Cənubi Koreya polisi “Jeju Air” təyyarəsinin qəzasından sonra silsilə axtarışlar aparıb Cənubi Koreya polisi bu yaxınlarda ölkədə baş vermiş ən böyük təyyarə qəzasının günahkarlarını müəyyən etmək üçün Muan Beynəlxalq Hava Limanında, eləcə də Pusan regional aviasiya idarəsinin ofislərində və “Jeju Air” aviaşirkətinin Seuldakı ofislərində sil
Digər ölkələr
2 Yanvar , 2025 11:56
Cənubi Koreya polisi “Jeju Air” təyyarəsinin qəzasından sonra silsilə axtarışlar aparıb

Cənubi Koreya polisi bu yaxınlarda ölkədə baş vermiş ən böyük təyyarə qəzasının günahkarlarını müəyyən etmək üçün Muan Beynəlxalq Hava Limanında, eləcə də Pusan regional aviasiya idarəsinin ofislərində və “Jeju Air” aviaşirkətinin Seuldakı ofislərində silsilə axtarışlar aparıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Araşdırma xüsusi yaradılmış istintaq şöbəsi tərəfindən aparılır. Hələlik təqsirləndirilən şəxslər yoxdur, polisin lazımi maddi sübutların götürülməsi üçün orderi var.

Xatırladaq ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yerinə yetirən təyyarəsi eniş edə bilməyib və beton hasara çırpılaraq partlayıb. Təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u ölüb.

Mütəxəssislər artıq təyyarənin pilot kabinəsindəki səs qeydedicisindən məlumatları əldə ediblər.

Son xəbərlər

Orphus sistemi