Cənubi Koreya Müdafiə Nazirliyi: Trampın hərbi təlimlərdən imtina ilə bağlı sözlərini aydınlaşdırırıq

Cənubi Koreya Müdafiə Nazirliyi: Trampın hərbi təlimlərdən imtina ilə bağlı sözlərini aydınlaşdırırıq Bakı. 12 iyun. REPORT.AZ/ Cənubi Koreya Müdafiə Nazirliyi hazırda birgə hərbi təlimlərin dayandırılması ilə bağlı ABŞ-la heç bir müzakirə aparmayıb və ABŞ prezidentinin təlimlərin dayandırılması barədə danışarkən nəyi nəzərdə tutduğunu diplomatik kanallar vasitəsilə aydınlaşdırmağa çalışır.
Digər ölkələr
12 İyun , 2018 17:22
Cənubi Koreya Müdafiə Nazirliyi: Trampın hərbi təlimlərdən imtina ilə bağlı sözlərini aydınlaşdırırıq
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Cənubi Koreya Müdafiə Nazirliyi hazırda birgə hərbi təlimlərin dayandırılması ilə bağlı ABŞ-la heç bir müzakirə aparmayıb və ABŞ prezidentinin təlimlərin dayandırılması barədə danışarkən nəyi nəzərdə tutduğunu diplomatik kanallar vasitəsilə aydınlaşdırmağa çalışır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri məlumat veriblər.

Onların sözlərinə görə, hazırda Trampın sözlərinin dəqiq mənasını və onun niyyətini anlamaq lazımdır.

Qeyd edək ki, bu gün daha əvvəl ABŞ və KXDR rəhbərlərinin sammitindən sonra mətbuat konfransında D.Tramp KXDR ilə danışıqların düzgün istiqamətdə getdiyi müddətdə Vaşinqtonun Cənubi Koreya ilə birgə hərbi təlimləri dayandıracağını bildirib. ABŞ prezidenti bunun böyük xərclərə qənaət etməyə imkan verəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi