Çarlz Britaniya və Almaniyanın Ukraynanın suverenliyini birgə müdafiə etdiyini bildirib

Çarlz Britaniya və Almaniyanın Ukraynanın suverenliyini birgə müdafiə etdiyini bildirib Böyük Britaniya və Almaniya Ukraynanın suverenliyini qorumaq məsələsində çiyin-çiyinə dayanırlar.
Digər ölkələr
30 Mart , 2023 05:16
Çarlz Britaniya və Almaniyanın Ukraynanın suverenliyini birgə müdafiə etdiyini bildirib

Böyük Britaniya və Almaniya Ukraynanın suverenliyini qorumaq məsələsində çiyin-çiyinə dayanırlar.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kralı III Çarlz Almaniyaya rəsmi səfərinin ilk günündə Berlində keçirilən qala şam yeməyində bildirib.

“Biz ümumi demokratik dəyərlərimizi müdafiə etməkdə və təbliğ etməkdə çiyin-çiyinə dayanırıq. Bu, bu gün o qədər aydındır ki, biz Ukraynanın azadlığını və suverenliyini müdafiə etmək üçün onun yanındayıq”, - kral bildirib.

Qeyd edək ki, üçgünlük səfər zamanı III Çarlzın Ukraynadan olan qaçqınlarla da görüşü, Brandenburqda isə Almaniya-Britaniya müştərək hərbi birləşməsinə səfəri, burada krala körpülərin tikintisi üçün istifadə olunan amfibiya maşınlarının nümayişi nəzərdə tutulub. Bu, Çarlzın taxta çıxdıqdan sonra ilk xarici səfəridir.

Son xəbərlər

Orphus sistemi