Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək Olimpiya Oyunları ərəfəsində daxili işlər naziri Jerald Darmanen ölkənin prefekturalarını “problem yaratmaq imkanlarını məhdudlaşdırmaq” üçün tədbirlər görməyə və “ən təhlükəli hesab edilən müsəlmanları nəzarətdə saxlamağa” çağırıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın müstəqil insan haqları təşkilatı CAGE-nin aprel-may ayları üzrə aylıq hesabatında qeyd edilib.
“Mənəvi çaxnaşma dövlət strukturlarının ayrılmaz hissəsinə çevrilib və bu, siyasi fəal və dissident müsəlmanların psixoloji sıxışdırılmasına yönəlmiş müdaxilə siyasətinin əsasını qoyur”, - bildirilib.
Məqalədə vurğulanıb ki, J.Darmanen “islamçılar və cihadçılar” siyahısına daxil edilmiş şəxslərin müəyyən edilməsi və fəaliyyətlərinin qarşısının alınması sistemi ətraflı təsvir edilib. 5100-dən çox insan nəzarət altında olacaq.
"Bu hərəkətlər bir daha sübut edir ki, dövlət islamofob qəsd siyasi xəttini rəsmən uyğunlaşdırıb", - qeyd edilib.