Burkina-Fasoda silahlılar 170-ə yaxın sakini öldürüb

Digər ölkələr
  • 03 mart, 2024
  • 10:13
Burkina-Fasoda silahlılar 170-ə yaxın sakini öldürüb

Burkina-Fasonun şimalında üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüb.

“Report” xəbər verir ki, bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.

Onun sözlərinə görə, hadisələr Komsilqa, Nodin və Soroe kəndlərində baş verib.

O bildirib ki, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat verilib. Hazırda kəndlərə basqın edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.

44 filmi