Bu qış mövsümü Avstriya dağlarında qar uçqunu nəticəsində 21 nəfər həlak olub

Bu qış mövsümü Avstriya dağlarında qar uçqunu nəticəsində 21 nəfər həlak olub Ümumilikdə bu mövsüm qış idmanı mərkəzlərində 1460 qəza qeydə alınıb
Digər ölkələr
18 Fevral , 2015 07:07
Bu qış mövsümü Avstriya dağlarında qar uçqunu nəticəsində 21 nəfər həlak olub

Bakı. 18 fevral. REPORT.AZ/ Hər il odluğu kimi bu ilki qış mövsümü də Avstriya Alplarında insan itkisi olmadan ötüşmür.

"Report"un AzərTAc-a istinadla verdiyi xəbərə görə, qiş mövsümünün başa çatmasına hələ çox qalsa da, dağlarda təşkil edilən turlarda iştirak edən və qar uçqunu nəticəsində həlak olan insanların sayı ötən illə müqayisədə iki dəfə artaraq, 21 nəfərə çatıb.

Avstriya Daxili İşlər Nazirliyinin Alpin Polisi xidmətinin məlumatına əsasən, bu mövsüm baş verən 84 qar uçqununda həlak olanlar alpinistlərin əksəriyyəti baş vermiş qəzaya özləri səbəb olublar. Kəskin hava şəraiti ilə bağlı xəbərdarlığa məhəl qoymayan və öz fiziki imkanlarını düzgün qiymətləndirməyən bir çox idmançılar qar uçqununa məruz qaldıqda xilasedicilər köməyə yetişənə qədər aldıqları zədələr və ya qar altında hava çatışmazlığından həyatlarını itirirlər.

Ümumilikdə isə bu mövsüm qış idmanı mərkəzlərində polis tərəfindən 1460 qəza qeydə alınıb. Qəzalar zamanı 15 nəfər həlak olub. Bu isə ötən illə müqayisədə 10 nəfər azdır.

Daxili İşlər Nazirliyi öz məlumatında Alp dağlarında hərəkət edən alpinistləri və qış idmanı ilə məşğul olan şəxsləri hava şəraitini nəzərə almağa, özlərini və qəza zamanı onları xilas etməyə gələn xilasedicilərin həyatını təhlükəyə atmamağa, eyni zamanda kifayət qədər xəbərdarlıqedici avadanlıqla təchiz olunmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi