Bu il Almaniya məhkəmələri 176 Azərbaycan vətəndaşı ilə bağlı deportasiya qərarı çıxarıb

Bu il Almaniya məhkəmələri 176 Azərbaycan vətəndaşı ilə bağlı deportasiya qərarı çıxarıb İstəklər yerli məhkəmələr tərəfindən rədd edilib
Digər ölkələr
29 Aprel , 2021 14:00
Bu il Almaniya məhkəmələri 176 Azərbaycan vətəndaşı ilə bağlı deportasiya qərarı çıxarıb

Bu ilin yanvar-mart aylarında Almaniyadan sığınacaq istəyən 176 Azərbaycan vətəndaşının istəyi yerli məhkəmələr tərəfindən rədd edilib.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) cavab olaraq məlumat verilib.

Məlumatda deyilir ki, bu ilin ilk üç ayında federal idarəyə ümumilikdə 48 Azərbaycan vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub. Həmin dövrdə 288 sığınacaq müraciət ilə bağlı qərar verilib. Federal idarə məhkəmələri 176 Azərbaycan vətəndaşı ilə bağlı qərarı qüvvədə saxlayıb və onlar barəsində deportasiya qərarı çıxarıb. Digər şəxslər isə, Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq qaçqın və qorunma statusları alıblar.

BAMF-dan bildirilib ki, bu ilin ilk üç ayında ümumilikdə 25 604 nəfər qaçqın statusu üçün federal idarəyə müraciət edib. Ən çox müraciət isə Suriya, Əfqanıstan və İraq vətəndaşlarından daxil olub.

Son xəbərlər

Orphus sistemi