Kolonializmdən qurtulmaq fundamental hüquqdur və biz, öz xalqı üçün daha yaxşı və layiqli gələcək arzu edən xalqlara dəstəyimizi ifadə edirik və Bakı Təşəbbüs Qrupu olaraq bildiririk ki, Kanak xalqının müstəqilliyi uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik.
"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.
"Biz Kanak xalqı ilə tam həmrəy olduğumuzu bəyan edərək, onların seçki qanunvericiliyinin Kanak xalqının iradəsinə zidd dəyişdirilməsinə qarşı ədalətli mübarizəsini dəstəkləməklə bərabər, Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğv olunmasını tələb edirik", - BTQ rəsmisi bildirib.
O qeyd edib ki, kanak xalqının Müstəqillik əldə edənə qədər dəstəklənməsi beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərinə, xüsusilə 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyasnın “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnaməsinə müvafiq olaraq bir öhdəlikdir. Bu baxımdan Kanak xalqının və müstəqillik tərəfdarlarının indiki bütün nümayişləri qanuni hesab edilir.
"Biz Fransanı kolonial siyasətini dayandırmağa və Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunmasına çağırırıq!
Biz bütün müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatlarını, media resurslarını Yeni Kaledoniyadakı real vəziyyəti, insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırılmasını davam etdirməyə çağırırıq", - A.Abbasov vurğulayıb.
Fransanın Yeni Kaledoniyada əsas insan hüquqlarını pozması onun BMT Baş Assambleyasının xarici ölkələrin dekolonizasiyasına dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.
“Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.
Onun sözlərinə görə, öz müqəddəratını təyinetmə hüququ başlıca məsələdir: "BTQ öz xalqının daha yaxşı və ləyaqətli gələcəyi üçün çalışanları dəstəkləyir".
“BTQ kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildiririk. Onların elektoratın genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik. Həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik. Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqına taleyini təyin etmək azadlığını təmin etməyə çağırırıq”, - o bildirib.