Britaniyanın müdafiə naziri seçkilərdə mühafizəkarların məğlubiyyətini etiraf edib

Britaniyanın müdafiə naziri seçkilərdə mühafizəkarların məğlubiyyətini etiraf edib Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps hakim Mühafizəkarlar Partiyasının iyulun 4-də keçirilən parlament seçkilərində məğlub olduğunu etiraf edib.
Digər ölkələr
5 İyul , 2024 07:43
Britaniyanın müdafiə naziri seçkilərdə mühafizəkarların məğlubiyyətini etiraf edib

Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps hakim Mühafizəkarlar Partiyasının iyulun 4-də keçirilən parlament seçkilərində məğlub olduğunu etiraf edib.

"Report" xəbər verir ki, onun çıxışını "Sky News" yayımlayıb.

"Aydındır ki, Böyük Britaniyanın səhər yeni hökuməti olacaq. Və mən narahatam ki, o, ÜDM-in 2,5%-ni müdafiəyə sərf etməsə, bizim silahlı qüvvələrimiz də Ukraynadakı dostlarımız kimi əziyyət çəkə bilər", - Şepps bildirib.

Protokollar hesablanmağa başlayandan və "exit-poll"a görə, Leyboristlər partiyası parlamentdə üstünlük qazanıb. Partiya 650 nəfərlik parlamentdə 410 yer, Mühafizəkarlar Partiyası 131 yer, Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP partiyası isə 10 yer qazanıb.

Səslərin hesablanması davam edir. Yekun nəticələrin Bakı vaxtı ilə saat 10:00-da açıqlanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi