Britaniyanın müdafiə naziri: "Hakimiyyətə gələcəyi halda "Taliban"la əməkdaşlıq edəcəyik"

Britaniyanın müdafiə naziri: "Hakimiyyətə gələcəyi halda "Taliban"la əməkdaşlıq edəcəyik" “Əfqanıstanda on illərlə sürən münaqişədən sonra Prezident Əşrəf Qani hakimiyyəti “Taliban”la bir yerdə işləməlidir”.
Digər ölkələr
14 İyul , 2021 10:20
Britaniyanın müdafiə naziri: Hakimiyyətə gələcəyi halda Talibanla əməkdaşlıq edəcəyik
Ben Uolles

“Əfqanıstanda on illərlə sürən münaqişədən sonra Prezident Əşrəf Qani hakimiyyəti “Taliban”la bir yerdə işləməlidir”.

“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Daily Telegraph”a müsahibəsində bildirib.

Nazir bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə “Taliban”la əməkdaşlıq etməyə hazırdırlar: "Hakimiyyətdən asılı olmayaraq Britaniya hökuməti onlarla beynəlxalq hüquq normaları yerinə yetiriləcəyi şərti daxilində əməkdaşlıq edəcək".

Nazirin sözlərinə görə, onlar insan hüquqlarını pozarlarsa krallıq istənilən əlaqəsinə yenidən baxacaq.

O, ölkəsinin “Taliban”la perspektivdə əlaqəsinin ziddiyyətli olacağını etiraf edib. Bununla belə o, Əfqanıstan Prezidenti Əşrəf Qani və “Taliban”ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Son xəbərlər

Orphus sistemi