Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

Digər ölkələr
  • 25 aprel, 2017
  • 22:47
Britaniyanın baş naziri terrorizmlə turizmi səhv salıb
Global Look Press

Bakı. 26 aprel. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey çıxışı zamanı "terrorizm"lə "turizm" sözlərini səhv salıb.

"Report" xəbər verir ki, bu barədə "The Mirror" qəzeti yazıb.

"Biz turizmin qarşısının alınmasında dünyanı arxamızca aparmaq istəyirik", — deyə Mey bildirib.

Qəzet ehtimal edir ki, Mey "terrorizm" sözünü nəzərdə tutub. Lakin baş nazir səhvini düzəltməyib və çıxışıını davam etdirib.