Britaniyanın Baş naziri istefa vermək niyyətində deyil

Britaniyanın Baş naziri istefa vermək niyyətində deyil Böyük Britaniyanın Baş naziri Boris Conson hökumət başçısı postundan istefa vermək niyyətində olmadığını bildirib.
Digər ölkələr
26 Yanvar , 2022 17:45
Britaniyanın Baş naziri istefa vermək niyyətində deyil

Böyük Britaniyanın Baş naziri Boris Conson hökumət başçısı postundan istefa vermək niyyətində olmadığını bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə müxalifətin lideri Kir Stramerin məsələ ilə bağlı sualına cavabında deyib.

Leyboristlər Partiyasının lideri Kir Stramer Baş nazirdən tutduğu postu tərk edib-etməyəcəyini soruşub. Boris Conson sualı “yox” deyə cavablandırıb.

Xatırladaq ki, B.Conson lokdaun zamanı hökumətin yerləşdiyi Dauninq stritdəki əyləncədə maskasız iştirak edib. Koronavirusa qarşı tədbirləri pozduğuna görə onu istefa verməyə çağırmışdılar.

Son xəbərlər

Orphus sistemi