Britaniyalı deputatlar Baş naziri "Brexit"i təxirə salmağa məcbur edirlər

Digər ölkələr
  • 22 fevral, 2019
  • 08:18
Britaniyalı deputatlar Baş naziri Brexiti təxirə salmağa məcbur edirlər

Bakı. 22 fevral. REPORT.AZ/ Mühafizəkar Partiyasından olan 100 deputat Böyük Britaniya Baş naziri Tereza Meyə "Brexit"in şərtlərinə dair saziş imzalanmayacağı təqdirdə onun rəhbərlik etdiyi hökumətə qarşı çıxmağa və onu "Brexit"i təxirə salmağa məcbur etməyə hazır olduqlarına dair xəbərdarlıq edib.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

"The Telegraph" nəşrinin yazdığına görə, parlamentarilər "Brexit Delivery Group" ("Breksit"in həyata keçirilməsi qrupu) adı altında birləşiblər. Buraya həm ideoloji tərəfdaşlar, həm də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına qarşı olanlar daxildir. Onları "sərt Brexit"in olmasına - Britaniyanın Aİ-dən sazişsiz çıxışına yol verməmək istəyi birləşdirir. Qrupa deputatlar Saymon Hart və Endryu Persi başçılıq edirlər.

Qeyd edək ki, Britaniya parlamenti hökumətin Böyük Britaniyanın Aİ-dən çıxmaq planını dəstəkləmir, Aİ isə "Brexit" şərtləri ilə bağlı əldə olunmuş razılığa dəyişiklik olunması fikrindən imtina edir. Brüsseldəki danışıqlardakı növbəti uğursuzluqdan sonra T.Mey Britaniya parlamentinə daha bir - qeyri-rəsmi hərəkət planı təklif edib. Amma İcmalar Palatası o planı da rədd edib.

Plana görə, Böyük Britaniya martın 29-da Aİ-dən çıxacaq.

44 - Tezliklə