Yuxarı
    Bağlamaq

    Britaniyada terror aktları hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb

    Polis MI5 əks-kəşfiyyat xidməti, eləcə də fransalı və belçikalı həmkarları ilə birgə əməliyyat keçirib

    Bakı. 15 aprel. REPORT.AZ/ Britaniya polisi terror aktları hazırlamaqda şübhəli bilinən beş nəfəri saxlayıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, 26, 40 və 59 yaşında olan 3 kişi və 29 yaşlı qadın cümə axşamı gecə saatlarında Birmingemdə saxlanılıb. 26 yaşlı qadın isə cümə günü səhər Qatvik hava limanında həbs edilib.

    Polis MI5 əks-kəşfiyyat xidməti, eləcə də fransalı və belçikalı həmkarları ilə birgə əməliyyat keçirib.

    Xatırladaq ki, mart ayında silahlı şəxslər Brüsseldə bir sıra partlayışlar həyata keçirmişdi. Partlayışlar nəticəsində 34 nəfər həlak olmuşdu. Ötən ilin noyabrında isə Parisdə baş vermiş terror hücumları nəticəsində 130 nəfər öldürülmüşdü.

    Hər iki terror hücumuna görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi