Britaniyada Çinə nəhəng yeni səfirlik tikməsinə icazə verilməyib

Britaniyada Çinə nəhəng yeni səfirlik tikməsinə icazə verilməyib Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik tikmək planları Tover Hamlets ərazisinin yerli məclis üzvləri tərəfindən yekdilliklə rədd edildi.
Digər ölkələr
5 Dekabr , 2022 00:17
Britaniyada Çinə nəhəng yeni səfirlik tikməsinə icazə verilməyib

Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik tikmək planları Tover Hamlets ərazisinin yerli məclis üzvləri tərəfindən yekdilliklə rədd edilib.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu qərara əsas kimi yerli sakinlərin Pekinin Böyük Britaniyadakı diplomatik fəaliyyətindən qorxması göstərilib.

Sakinlər hesab edirlər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqinin bu sıx məskunlaşdığı hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.

“Komitə sakinlərin və turistlərin təhlükəsizliyinə, tarixi irsə, polis resurslarına və ərazidə həddən artıq sıxlığa təsirlə bağlı narahatlıqlar səbəbindən ərizəni rədd etmək qərarına gəlib. Artıq son qərar qəbul edilməzdən əvvəl ərizə London merinə təqdim olunacaq” -məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi