Britaniya və Kanada yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar

Britaniya və Kanada yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar Britaniya və Kanada hökumətləri kənd təsərrüfatı məhsullarına rüsumlarla bağlı fikir ayrılıqlarına görə yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar.
Digər ölkələr
26 yanvar 2024 15:29
Britaniya və Kanada yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar

Britaniya və Kanada hökumətləri kənd təsərrüfatı məhsullarına rüsumlarla bağlı fikir ayrılıqlarına görə yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" Britaniya hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Əgər irəliləyiş olmasa, Britaniya istənilən ölkə ilə danışıqları dayandırmaq hüququnu özündə saxlayır”, - məlumatda bildirilib.

Britaniya və Kanada iki il əvvəl “Brexit”dən sonra yeni ticarət sazişi üzrə danışıqlara başlayıb. O vaxtdan bəri ölkələr arasında ticarət əlaqələri keçid sazişi ilə tənzimlənir.

Son xəbərlər

Orphus sistemi