Britaniya Ukraynaya humanitar yardım göstərəcək

Britaniya Ukraynaya humanitar yardım göstərəcək Böyük Britaniya hökuməti Kaxovka su elektrik stansiyasında (SES) fövqəladə vəziyyətdən zərər çəkənlərə kömək üçün əlavə olaraq 16 milyon funt-sterlinq (indiki məzənnə ilə 20 milyon ABŞ dollar - Qeyd) ayıracaq.
Digər ölkələr
10 İyun , 2023 18:23
Britaniya Ukraynaya humanitar yardım göstərəcək

Böyük Britaniya hökuməti Kaxovka su elektrik stansiyasında (SES) fövqəladə vəziyyətdən zərər çəkənlərə kömək üçün əlavə olaraq 16 milyon funt-sterlinq (indiki məzənnə ilə 20 milyon ABŞ dollar - Qeyd) ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Böyük Britaniya Qırmızı Xaç hərəkatına 10 milyon funt sterlinq, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə (OCHA) 5 milyon funt sterlinq və Beynəlxalq Miqrasiya Təşkilatına isə 1 milyon funt sterlinq ayıracaq.

Nazirlik bildirib ki, artıq Britaniyanın iki xilasedici qayığı, axtarış-xilasetmə avadanlığı və tibbi yardım dəstləri Xersona çatdırılıb. Qalan yüklər gələn həftə zərər çəkmiş ərazilərə çatmağa başlamalıdır.

Son xəbərlər

Orphus sistemi