Braziliyada virusdan ölənlərin sayı 290 mini ötdü

Braziliyada virusdan ölənlərin sayı 290 mini ötdü Braziliyada koronavirus infeksiyasına 89 409 yeni yoluxma faktı qeydə alınıb
Digər ölkələr
20 Mart , 2021 06:25
Braziliyada virusdan ölənlərin sayı 290 mini ötdü

Braziliyada yeni növ koronavirus infeksiyasına 89 409 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə “Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, son sutkada 2 730 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 877 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10,3 milyondan çoxu müalicə olunaraq sağalıb, 290 525 nəfər vəfat edib.

Son xəbərlər

Orphus sistemi