Braziliyada pilot pəncərəyə quş çırpılmasına görə təcili eniş edib
Digər ölkələr
- 06 dekabr, 2024
- 16:35
Braziliyada quşun təyyarənin pəncərəsinə çırpılaraq salona daxil olmasına görə pilot təcili eniş etməli olub.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Hadisə Envira-Eirunepe marşrutu üzrə hərəkət edən birmühərrikli təyyarənin göyərtəsində baş verib. Pilot şüşəyə çırpılan kərkəsin kabinənin içərisinə düşməsindən sonra təcili eniş etmək məcburiyyətində qalıb.
Ön pəncərəyə ciddi ziyan dəysə də, təyyarə təhlükəsiz şəkildə yerə enib və beş sərnişindən heç biri xəsarət almayıb.
Pilot təyyarəni təcili endirməsini təhlükəli durum olması ilə əlaqləndirib və qeyd edib ki, hadisənin baş verdiyi ərazidə zibilxana var və bu, çoxlu quşlar cəlb edir, nəticədə də hava limanına yaxınlaşan təyyarələr üçün daimi təhlükə yaradır.
Son xəbərlər
04:16
Ukrayna səsdən beş dəfə çox sürətlə manevr edən raketlər alacaq
Digər ölkələr03:45
ABŞ qoşunları Suriyadakı Ət-Tanf hərbi bazasını tərk edib
Digər ölkələr03:11
ABŞ Hindistana yeni silah satmağı planlaşdırır
Digər ölkələr03:00
BMT-nin Baş katibi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb
Digər ölkələr02:31
Nyu-Yorkun meri varlı sakinlər üçün vergilərin artırılmasını təklif edib
Digər ölkələr02:12
Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndənin mandatı uzadılıb
Digər ölkələr01:37
Suriyadakı 5 mindən çox İŞİD-çi İraqa təhvil verilib
Digər ölkələr01:12
Foto
Video
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
Hadisə01:06