Braziliyada koronavirusa yoluxanların sayı 105,3 min nəfərdir
- 04 may, 2020
- 22:27
Braziliyada son gün ərzində koronavirusa 4 075 yoluxma aşkarlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, bununla da COVID-19-a yoluxanların ümumi sayı 105 222 nəfərə çatıb.
Nazirliyin yenilənmiş məlumatına əsasən, son gündə daha 263 nəfər koronavirusdan ölüb, bununla da ölkədə pandemiya qurbanlarının sayı 7 288-ə çatıb. Braziliyada COVID-19-dan ümumilikdə 42 991 insan sağalıb.
Ölkədə virusa yoluxmanın episentri San-Paulu ştatı və onun eyniadlı paytaxtıdır. Regionda 32 min insanın virusa yoluxduğu təsdiqlənib, 2,6 mindən çox koronavirusdan ölüb. Siyahıda ikinci yerdə Rio-de-Janeyro qərarlaşıb. Burada COVID-19-a 11 mindən çox yoluxma aşkar edilib.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.