Cari ilin yanvar ayında Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinə məxsus dambanın dağılması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın mülki müdafiə qüvvələrinə istinadən G1 portalı məlumat yayıb
Daha əvvəl ölənlərin 207 nəfər olduğu məlum idi.
Son məlumatlara görə, 98 nəfər hələ də itkin düşmüş hesab olunur.