Yuxarı

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı artıb

Braziliyada bəndın dağılması nəticəsində ölənlərin sayı artıb1

Braziliyanın Belo Horizonte şəhəri yaxınlığındakı Brumadinyo qəsəbəsində bəndin dağılması nəticəsində ölənlərin sayı 207-ə çatıb.

“Report” “gazeta.ru”ya istinadən xəbər verir ki, qəzada həmçinin 100-dən artıq şəxsin itkin düşdüyü güman edilir. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xatırladaq ki, hadisə yanvarın 25-də “Vale” şirkətinə məxsus mədəndə bəndin dağılması nəticəsində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi