Braziliya prezidenti peyvənd olunmadığından futbol matçına buraxılmayıb

Braziliya prezidenti peyvənd olunmadığından futbol matçına buraxılmayıb Braziliya Prezidenti Jair Bolsonaru San Paulo əyalətinin sahilindəki Peyrube şəhərinə səfəri zamanı qoruyucu maska ​​taxmadığı üçün cərimələnib və daha sonra COVID-19 əleyhinə peyvənd olunmadığı üçün futbol matçına buraxılmayıb.
Digər ölkələr
126
11 Oktyabr , 2021 03:22
Braziliya prezidenti peyvənd olunmadığından futbol matçına buraxılmayıb
Jair Bolsonaru

Braziliya Prezidenti Jair Bolsonaru San Paulo əyalətinin sahilindəki Peyrube şəhərinə səfəri zamanı qoruyucu maska ​​taxmadığı üçün cərimələnib və daha sonra COVID-19 əleyhinə peyvənd olunmadığı üçün futbol matçına da buraxılmayıb.

Bu barədə “Report” “Globo” telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, prezident şənbə günü şəhərdə gəzib, sakinlərlə şəkil çəkdirib. O, gəzinti zamanı COVID-19-a qarşı profilaktik tədbir olaraq ölkədə və şəhərdə taxılması məcburi olan maskadan istifadə etməyib.

"Meriya prezidentin üzündə qoruyucu maska olmadığı üçün onun 500 dollar cərimələndiyini təsdiqləyib", - telekanal bildirib.

Bolsonaru həmin gün həmçinin Braziliya çempionatında "Santos" və "Gremio" komandaları arasında keçirilən futbol matçına da qatıla bilməyib. O, çaşqınlığı barədə jurnalistlərə açıqlama verib.

"Santos”un oyununu izləmək istədim, amma mənə peyvənd edilməli olduğumu söylədilər. Nə üçün? Peyvənd edilənlərdən daha çox antitelim var", - dövlət başçısı deyib.

Son xəbərlər

Orphus sistemi