Britaniya Rusiyaya sanksiyalardan yayınmağa kömək etmiş 5 təşkilata sanksiya tətbiq edib
- 20 avqust, 2025
- 17:42
Böyük Britaniya XİN Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən şirkətlərin sanksiya siyahısının genişləndirildiyi barədə məlumat verib.
“Report” xəbər verir ki, bu barədə Britaniya XİN-in yeniləmələr siyahısında deyilir.
"Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində səkkiz yeni mövqe əlavə edilib", - məlumatda qeyd olunub.
Yeni sanksiyalar beş təşkilata və üç fiziki şəxsə tətbiq edilib. Xüsusilə Qırğızıstanın "Tengricoin", "Grinex" və "Old Vector" şirkətlərinə, həmçinin Lüksemburqun “Altair Holding” şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Bundan əlavə, Qırğızıstanın "Mərkəzi Asiya Kapital Bank"ına da qarşı sanksiyalar tətbiq edilib. Bu təşkilatlar Rusiya Federasiyasına sanksiyalardan yayınmaqda köməklik göstəriblər.
İyul ayında Böyük Britaniya kölgə donanması ilə əlaqəli 135 gəmini sanksiya siyahısına daxil edib.